İngiltərə Çempionlar Liqasının 2025/2026 mövsümündə 6 komanda ilə təmsil olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu “Mançester Yunayted” və “Tottenhem”in Avropa Liqasında finala yüksəlməsindən sonra dəqiqləşib.
UEFA-nın reqlamentinə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Finalçılar İngiltərə Premyer Liqasında qitənin ən nüfuzlu turnirinə şans verən ilk 5 yerdə qərarlaşmadığı üçün bu, ölkə üçün əlavə yer olacaq.
Qeyd edək ki, “Liverpul” çempion olmaqla ilk hüquqa sahib olub. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.