"Çelsi" Konfrans Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə "Yurqorden"i məğlub edərək finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, İsveç klubu ilə dünən keçirlən ikinci matçda "zadəganlar"ın heyətində Reci Volş debüt edib. 16 yaş 200 günlüyündə meydana çıxan futbolçu "Çelsi" tarixində avrokuboklarda oynayan ən gənc oyunçu olub.
Əlavə edək ki, London klubu finalda "Fiorentina"nı mübarizədən kənarlaşdıran "Betis" ilə qarşılaşacaq.