AZ

Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi


Papa XIV Leo Müqəddəs Pyotr Bazilikasının eyvanında onun papalığının necə olacağına dair üç mühüm ipucu verdi. Reuters xəbər verir ki, Levin ilk ipucu onun ad seçimi olub. Məsələ burasındadır ki, papalar öz papalıqlarının prioritetləri haqqında ilk mühüm siqnallarını göndərmək üçün çox vaxt bu seçimdən istifadə edirlər. Nəşr qeyd edib ki, Frensis öz adını 13-cü əsrdə sərvətdən imtina edən və yoxsulların qayğısına qalan Assizi müqəddəs Fransiskindən götürüb.

Leo adını götürən sonuncu Papa XIII Leo isə öz papalığını işçilərin hüquqlarını qorumağa yönəltdi. "XIV Leo adını seçməklə o, Kilsənin sosial təliminə sadiqliyini nümayiş etdirdi" deyə Cizvit şərhçisi Tomas Ris bildirib.Leonun ikinci ipucu onun dil seçimi və istifadə etdiyi ifadələr idi,hansı ki,bununla da o,sülhə ehtiyac olduğunu açıq şəkildə vurğulayırdı. Onun Müqəddəs Pyotr Meydanına toplaşan möminlərə etdiyi nitqlərin heç biri ingilis dilində deyildi, əksinə, papalığın dili olan italyan dilində və Perudakı keçmiş camaatını salamlamaq üçün qısaca ispan dilində idi. O, ABŞ-ın adını da çəkmədi.

Reuters qeyd edir ki, yeni papanın ictimaiyyət qarşısında söylədiyi ilk sözləri- "Sizə sülh olsun!” katoliklərin bayramlarda istifadə etdikləri təbrikləri təkrarladı, eyni zamanda, nəşr qeyd edir ki,bu müharibələr tərəfindən parçalanmış dünyaya birbaşa sülh mesajı idi. Yeni papa Allahın sülhünü bölüşmək istədiyini söylədi və bunu "təvazökar və möhkəm", "silahsız sülh və tərksilah sülh" adlandırdı. Papa Leonun üçüncü ipucu onun geyim seçimində olub. 2013-cü ildə seçildiyi ilk gün də daxil olmaqla, papalığın bütün bəzəklərini rədd edən Frensisdən fərqli olaraq, Leo ağ cübbəsinin üstündə ənənəvi qırmızı papa xalatını geydi. Bu yolla da o, yeni və tamamilə fərqli bir Papa olduğunu açıq şəkildə göstərdi

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr