Türkiyəli aktrisa Aybüke Pusat TRT kanalında yayımlanan “Teşkilat” serialından çıxarıldıqdan sonra kanalın baş direktoru Mehmet Zahid Sobacı ilk dəfə danışıb.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, qatıldığı TBMM İctimai İqtisadiyyat Müəssisələri Komissiyasında danışan Sobacı aktrisanın boykot çağırışı dəstəyinə reaksiya verib.
"TRT-də heç kimin siyasi baxışları, həyat tərzi nəzərə alınmır. Araşdırılsaydı, Aybüke elə əvvəlcədən rol almazdı. Belə olan halda o, heç TRT-nin qapısından içəri girməməli idi. Amma “TRT-ni boykot et” deyən adamı kənarlaşdırmaq TRT-nin ən təbii haqqıdır”, - deyə o söyləyib.
Qeyd edək ki, ötən həftələrdə serialın prodüseri Timur Savcı da Aybüke Pusata seçim təklif etdiklərini, lakin aktrisanın güzəştə getmədiyini bildirib.