Xarici İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.
Pakistan naziri 6-7 mayda Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.
Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.
10Mənbələr
-
qaziler.azCeyhun Bayramov Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, Hindistanın hücumlarını pisləyib ( 17125679)
-
konkret.azBayramov pakistanlı həmkarına zəng etdi ( 17125409)
-
hafta.azAzərbaycan XİN rəhbəri Pakistan xalqı ilə həmrəyliyini ifadə edib ( 17125403)
-
hafta.azCeyhun Bayramovla Məhəmməd İshaq Dar arasında telefon danışığı olub ( 17125283)
-
baki-xeber.comCeyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik... ( 17124443)
-
aia.azCeyhun Bayramov pakistanlı həmkarı ilə son hadisələri müzakirə etdi ( 17124428)
-
demokrat.azAzərbaycandan Pakistana DƏSTƏK ZƏNGİ ( 17124296)
-
adalet.azCeyhun Bayramov pakistanlı həmkarı ilə son hadisələri müzakirə etdi ( 17124221)
-
cebheinfo.azCeyhun Bayramov pakistanlı həmkarı ilə danışdı, hücumları pislədi ( 17122985)
-
modern.azAzərbaycandan Pakistana DƏSTƏK ZƏNGİ ( 17122766)