AZ

Tramp Ukraynada 30 günlük atəşkəsin ən yaxşı variant olduğunu hesab edir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynada 30 günlükatəşkəslə bağlı daha əvvəl səsləndirdiyi fikri hələ də yaxşıvariant hesab edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "True Social"sosial şəbəkəsində yazıb.

"Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ ideal olaraqilkin şərt olmadan 30 günlük atəşkəsə çağırır. Ümid edirik ki, biznəticədə məqbul və əməl edilən atəşkəs görəcəyik, hər iki ölkə isəbundan sonra birbaşa danışıqlar aparmaq üçün məsuliyyəti öz üzərinəgötürəcək", - deyə o bildirib.

Eyni zamanda, D.Trampın sözlərinə görə, “atəşkəs rejiminə əməlolunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək”.

Tramp vurğulayıb ki, o, “avropalılarla birlikdə” Ukraynanizamlanması üzərində işləməyə sadiqdir.

Seçilən
0
50
az.trend.az

10Mənbələr