Stokholm, 9 may, Nərgiz Cəfərli, AZƏRTAC
“Eurovision-2025” Mahnı Müsabiqəsində İsveçi təmsil edən KAJ musiqi triosu plagiatla bağlı mübahisələrin tam mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, internet istifadəçiləri “Bara bada bastu” mahnısındakı akkordeon melodiyası ilə hindistanlı ifaçı Devinder Sanninin “Enough is Enough” treki arasında oxşarlıq aşkar ediblər. Melodiyalar eynidir.
Lakin məlum olduğu kimi, melodiya mahnının müəllifləri tərəfindən “Splice” beynəlxalq audiokitabxanası vasitəsilə qanuni olaraq alınıb. Bu cür səs ilmələri - luplar - artıq mövcud mahnının bir hissəsi olmadığı halda “Eurovision”da istifadə edilə bilər.
Prodüser Yanne Höyuti, akkordeon hissəsinin canlı olaraq tamamlandığını təsdiqləyib, lakin əvvəlcə o, standart “Splice” lupundan gəlmiş ola bilər. O, həmçinin qeyd edib ki, bu cür xidmətlər musiqi sənayesində geniş istifadə olunur. Baxmayaraq ki, melodiya tanınacaq hala gələrsə, plagiat ittihamı riski daşıyır.
Bu cür hallar əvvəllər “Eurovision”da aşkar olunub. Məsələn, xorvatiyalı ifaçı Bebi Lasagna da keçən il “Rim Tim Tagi Dim” mahnısında “Splice”dən olan gitara riffindən istifadə edib, isveçli ifaçı Erik Saade isə 2011-ci ildə Boney M. qrupunun “Rasputin” mahnısından istifadə edib.
Qeyd edək ki, KAJ mayın 13-də ilk yarımfinalda çıxış edəcək, “Eurovision”ın finalı isə mayın 17-də olacaq.