SOCAR-da yeni təyinat olub
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Baku.news-a şirkətdən bildiriblər ki, Pərviz Ramiz oğlu İbadullayev SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə Vasif Əmirovu əvəz edib.
P.İbadullayev iki vəzifəni icra edəcək, həmçinin indiyənədək tutduğu “SOCAR Midstream Operations” MMC-nin icraçı direktorun müavini vəzifəsini.