Meksikanın paytaxtı Mexikoda açıq havada keçirilən konsert məkanında səhnənin tavanının çökməsi nəticəsində azı 7 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti yazır.
İlkin məlumata görə, hadisəyə güclü külək səbəb olub. Mayın 10-da bu məkanda Analar Gününə həsr olunmuş konsert keçirilməli idi.