AZ

Azərbaycanda daha bir komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Çinar Zəngilan” FK – “Xankəndi” FK oyunu bitdikdən sonra “Çinar Zəngilan”ın adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasının “Neftçi” PFK – “Zirə” PFK oyunu bitdikdən sonra “Zirə”nin azarkeşləri hakimlərin üzərinə hücum çəkdiyinə, ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə “Zirə”yə xəbərdarlıq edilib.

U-13 Liqasında keçirilməli olan “Binə” FK – “FC Young Pro” oyunu “FC Young Pro” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığına görə “FC Young Pro” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Azərbaycan Qartalları” – “Qarabağ” FK oyunu bitdikdən sonra “Qarabağ”ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. Oyun bitdikdən sonra “Qarabağ” azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə “Qarabağ”a xəbərdarlıq edilib.

Seçilən
0
1
sportinfo.az

2Mənbələr