AZ

İtaliya Prezidenti XIV Leonu təbrik etdi

İtaliya Prezidenti Sercio Mattarella Roma Papası XIV Leonu təbrik edib.

Teleqraf xəbər verir ki, Sercio Mattarella Papa XIV Leoya ünvanlandığı məktubda İtaliya xalqı adından pontifikatın uzun və məhsuldar olmasını arzulayıb.

O qeyd edib ki, dünyanın çox hissəsində qeyri-insani münaqişələr davam edir və günahsız insanlar münaqişələrin ən ağır nəticələrinə məruz qalırlar: "Belə bir məqamda bütün insanlar arasında birgəyaşayış baxışını təşviq etmək üçün İtaliya Müqəddəs Taxt-Tac ilə daha da möhkəm əlaqələr qurmağa sadiq qalacaq. İtaliyalılar Tanrıdan gələn tükənməz sevgi, mərhəmət və ümid mesajı lə Papa və kilsəyə baxacaqlar".

Xatırladaq ki, ABŞ-dan olan 69 yaşlı kardinal Robert Fransisk Prevo Vatikanda keçirilən konklavın (seçki) ikinci günündə - mayın 8-də üçüncü səsvermə nəticəsində yeni - 267-ci Papa seçilib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr