AZ

Mahmud Abbas Roma Papası XIV Leonu fələstinlilərin hüquqlarını müdafiə etməyə çağırdı

BAKI, 9 may. TELEQRAF

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas yeni seçilmiş Roma Papası XIV Leonu sələfi II Fransiskin sülh səylərini davam etdirməyə çağırıb.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə onun bəyənatında deyilir.

Fələstin Muxtariyyətinin lideri "Papa XIV Leoya nəcib vəzifəsinin yerinə yetirilməsində və mərhum Papa II Fransiskin irsinin qorunmasında uğurlar" arzulayıb. Ədalətin qorunmasında Vatikanın əxlaqi, dini və siyasi rolunun əhəmiyyətini vurğulayan Mahmud Abbas “Fələstin xalqı və onun azadlıq və müstəqillik hüququ"nun ən üst sırada yer almalı olduğunu əlavə edib.

Xatırladaq ki, ötən ay vəfat etmiş Roma Papası II Fransiskin Qəzzada “Həmas”a qarşı aparılan müharibəni tənqid etməsi İsrailin narazılığına səbəb olmuşdu.

Seçilən
0
teleqraf.com

1Mənbələr