AZ

Lənkəranda maşın kanala aşdı - Xəsarət alan var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində olub.

Belə ki, rayonun Liman şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədli Fəhmin Mahir oğlunun “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Qəzada xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Seçilən
0
qafqazinfo.az

1Mənbələr