AZ

"Zombi virusu" yayılır: Yenidən aktivləşdi

Rusiya elm adamları Sibirin donmuş torpaqlarında (permafrost) 48.000 illik "Pandoravirus" növü olan qədim virus aşkar ediblər. 

News24.az-ın xəbərinə görə, iqlim dəyişikliyi səbəbilə buzların əriməsi nəticəsində bu və digər "zombi virusları"nın yenidən təbiətə qarışması alimləri narahat edir.

Alimlər qeyd edir ki, bu viruslar hələ insanlar üçün birbaşa təhlükə yaratmır, lakin iqlim dəyişikliyi sürətlə buzları əritdiyi üçün daha çox qədim virus sərbəst qala bilər. Virusun heyvanlar vasitəsilə yayılma ehtimalı var. 

Qeyd edək ki, Fransa və Rusiyanın birgə layihəsində 13 fərqli qədim virus daha öyrənilir. Onlardan 3-ünün canlı orqanizmlərə yoluxa biləcəyi təsdiqlənib.

Aqil

Seçilən
0
news24.az

1Mənbələr