Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Axar.az Report-a istinadən xəbər verir ki, Pərviz Ramiz oğlu İbadullayev SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək "SOCAR Midstream Operations" MMC-də icraçı direktorun müavini vəzifəsində çalışıb.