“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə işğal zamanı ermənilərin çəkdiyi videomateriallar təqdim olunub.
Eyni zamanda məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında zərərçəkmiş Zabil Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.
“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.
Zabil Səfərov 1995-ci ilin noyabrında girovluqdan azad edilib.
10Mənbələr
-
konkret.azVideodakı uşaq məhkəmədə danışdı – VİDEO ( 17128997)
-
bizim.mediaVİDEODAKI uşaq o imiş... - FOTO ( 17127647)
-
pravda.azVideodakı uşaq məhkəmədə danışdı - VİDEO ( 17125235)
-
turkustan.azErmənilərin tanka mindirib apardığı uşaq Bakıdakı məhkəmədə - VİDEO ( 17125064)
-
adalet.az"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO ( 17124167)
-
sportinfo.azVİDEOdakı həmin uşaq o imiş... VİDEO+FOTOLAR ( 17124119)
-
musavat.comVideodakı uşaq məhkəmədə danışdı ( 17123648)
-
demokrat.azVideodakı uşaq o imiş... ( 17122346)
-
manset.azVideodakı uşaq danışdı - FOTO ( 17121860)
-
publika.azVideodakı uşaq o imiş... ( 17121581)