İntensiv yağışlar səbəbindən İsmayıllı rayonunun Cülyan kəndinin ərazisindən keçən və Cülyan çayının üzərindəki körpünü sel suları dağıdaraq yararsız vəziyyətə salıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hazırda 50-yə yaxın ailənin rayona gediş-gəlişi kəsilib.
Çayın bir sahilindən digərinə keçə bilmək üçün sakinlər əl üsulu ilə taxta körpü salıblar. Ancaq taxta körpü ilə keçid riskli olduğundan hər an xoşagəlməz hadisə yaşana bilər.
Sakinlər deyirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət ediblər. Problemlə bağlı yaxın vaxtlarda tədbir görüləcəyi bildirilib.
O da qeyd edilib ki, körpünün istifadəyə yararlı vəziyyətə gətirilməsi yaxın vaxtlarda mümkün olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.