"Nürnberq"lə mövsümün sonunda müqaviləsini ləğv edəcəyi açıqlanan Mahir Emreli Almaniya karyerasını davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bununla bağlı Almaniyanın nüfuzlu "Kicker" nəşri məlumat yayıb.
Məlumata görə, Azərbaycan millisini üzvü Bundesliqa klubuna keçə bilər. Son oyunlardakı performansı ilə diqqətləri cəlb edən Mahirlə 2-ci Bundesliqa klubları ilə yanaşı, Bundesliqa təmsilçilərinin də maraqlandığı bildirilib.
Bir müddət əvvəl isə "Bild" qəzeti Emrelinin Bundesliqada çıxış edən 2 klubun hədəfində olduğunu yazmışdı. Bu, Mahirin ardıcıl 3 oyunda 4 qol vurduğu vaxta təsadüf etmişdi.
28 yaşlı hücumçu ötən ilin yayında "Nürnberq"ə keçib. O, bu mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta