AZ

Donald Tramp Rəcəb Tayyib Ərdoğandan nə xahiş etdi?

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini xahiş edib. Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib.

Türkiyənin “Hürriyet” qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarını öyrənib. Məlumata görə, Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.

Donald Tramp Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib. Bununla bağlı Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
6
editor.az

7Mənbələr