AZ

Yeni seçilən Roma Papasının kimliyi məlum olub

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

Missiya.Az "Report" istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Kardinal Robert Frensis Prevost Roma Papası seçilib.

O, XIV Lev adını alıb.

Onu meydanda 40 mindən çox insan qarşılayıb.

69 yaşlı kardinal Robert Prevost əslən Çikaqodandır. Prevo mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır: yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir.

Prevo 2023-cü ilin sentyabrında kardinal olub. 

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

Seçilən
0
2
missiya.az

3Mənbələr