"Napoli"nin baş məşqçisi Antonio Konte cari mövsümün sonunda iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TuttoMercato" yayıb.
Xəbərə görə, Konte Neapol təmsilçisinin transfer siyasətindən narazıdır. Mənbə sözügedən mütəxəssisin xidmətində 2011-2014-cü illər aralığında işlədiyi "Yuventus" maraqlıdır. Kontenin "Napoli"dəki postunu tutmağa əsas namizədin də adı açıqlanıb. Yazılanlara inansaq, bu, Massimiliano Alleqridir.
Xatırladaq ki, 35 tura 77 xal toplayan "Napoli" hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir. 63 xala malik "Yuventus" isə 4-cü pillədədir.
Nihat