AZ

Yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb - FOTO

Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 litrlik, 9 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Banketnaya Yubiley”, 19 ədəd 1 litrlik, 7 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik “Organic Line”, 1 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Banketnaya”, 1 ədəd 1 litrlik, 1 ədəd 0.5 litrlik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmalar davam etdirilir.

Seçilən
0
10
avtosfer.az

10Mənbələr