AZ

Yeni Roma Papası kimdir? - Dosye

Xəbər verildiyi kimi, Kardinal Robert Frensis Prevo yeni Roma Papası oldu və o, XIV Leo adını götürdü. Bu, tarixdə ABŞ-dan olan ilk Papadır.

Axar.az yeni Papanın dosyesini təqdim edir:

- 1955-ci ildə Çikaqoda anadan olub;

- Kanon hüququ elmləri doktoru, Müqəddəs Tomas Aquinas Papa Universitetinin (Angelicum) məzunu;

- 30 ildən çox Peruda xidmət edib: seminariyada dərs deyib, kilsələrlə işləyib və daha sonra yepiskop olub;

- 2001-2013-cü illərdə Avqustin ordeninə rəhbərlik edib;

- 2023-cü ildən Vatikan Yepiskoplar Dikastriyasının rəhbəri və Roma Kuriyasının ən nüfuzlu kardinallarından biri;

- O, islahatların tərəfdarı və mülayim kurs, Fransisk xəttinin davamçısı kimi tanınır.

Seçilən
0
3
axar.az

4Mənbələr