AZ

“Baş prokuror siyasi açıqlama vermir” – Anna Vardapetyan Paşinyanın davranışına münasibət BİLDİRMƏDİ – VİDEO

Ermənistanın baş prokuroru Anna Vardapetyan Paşinyanın dünənki davranışını qiymətləndirməkdən çəkinib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan bir gün əvvəl baş nazir Nikol Paşinyanın davranışını qiymətləndirməkdən yayınıb.

Vardapetyan parlamentdə Ermənistan fraksiyasının deputatı Aqvan Vardanyanın sualına cavabında deyib: “Baş prokuror siyasi bəyanatlar vermir və siyasi qiymət vermir.

Vardanyan da öz növbəsində xatırladıb: “Sən artıq baş nazirin köməkçisi deyilsən, Ermənistanın baş prokurorusan. Yeri gəlmişkən, geyim forması sənə çox yaraşır.

Mən sizə əvvəlki statusunuzu tərk etməyi məsləhət görərdim, çünki Cinayət Məcəlləsində həm öz vəzifələrini yerinə yetirməmək, həm də lazımınca yerinə yetirməmək barədə maddələr var”.

Anna Vardapetyan isə cavab olaraq bildirib ki, siyasi bəyanatlara reaksiya vermir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
0
3
interpress.az

4Mənbələr