AZ

Tarixin ilk amerikalı Roma PAPASI

Amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilib.

Modern.az xəbər verir ki, XIV Leo adını alan dini lideri tarixdə ABŞ-dan olan ilk pontifikdir.

O, Sikstin kapellasında mayın 7-də axşam başlayan və mayın 8-də başa çatan konklavda seçilib.

XIV Leo ilk müraciətini sülh haqqında sözlərlə başlayıb.

Robert Prevostun 69 yaşı var. Çikaqoda anadan olub. Təhsilinə Avqustin kursları ilə başlayıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub. O, uzun müddət Cənubi Amerikada missioner olub. Bu yaxınlarda yepiskopların təyin edilməsi üzrə Vatikanın ofisinin rəhbəri vəzifəsini icra edib. O, əvvəlki Papa Fransiskin islahatlarının tərəfdarı hesab olunur.

Seçilən
0
19
modern.az

10Mənbələr