AZ

Yeni Roma Papası seçildi

Vatikandakı yeni Roma Papasının adı açıqlanıb.
 
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, katoliklərin yeni Papası 69 yaşlı ABŞ-li kardinal Robert Prevo olub.
 
Vatikanın məlumatına görə, yeni Papa XIV Leo adını qəbul edib.
 
Yeni Roma Papası Roma-Katolik Kilsəsinin 267-ci rəhbəridir və ABŞ-də (Çikaqoda) doğulmuş ilk Papadır. Prevo Müqəddəs Avqustin ordeninin üzvüdür.
 
İki onillik ərzində o, Peruda xidmət edib, burada yepiskop və naturalizasiya olunmuş vətəndaş olub. Əvvəlki papanın ölümünə qədər Prevo Vatikanda ən nüfuzlu vəzifələrdən birini tutaraq, dünya üzrə yepiskopları seçən və idarə edən şöbəyə rəhbərlik edib.
Seçilən
0
19
moderator.az

10Mənbələr