Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Gürcüstan Dəmir Yollarının yeni baş direktoru kimi Laşa Abaşidzeni təqdim edib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.
Qeyd edək ki, hüquqşünas ixtisaslı və dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malik Abaşidze daha əvvəl bu sahədə və dövlət xidmətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2017-ci ildən Gürcüstan Dəmir Yollarının baş direktoru vəzifəsini icra edən Davit Peradzeni əvəzləyib.