Vatikanda yeni Roma Papası seçilib.
Bizim.Media xəbər verir ki, artıq Sikstin kapellasının bacasından ağ tüstü çıxmağa başlayıb.
Yeni Papanın adı yaxın saatlarda Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanından elan ediləcək.
Konklav səsvermənin dörd mərhələsini başa çatdırıb.Qərar bağlı qapılar arxasında 71 ölkədən 133 kardinal tərəfindən qəbul edilib.
Qeyd edək ki, seçimlərə mayın 7-də başlanıb.
Bizim.Media