AZ

ÇL-də rekordu təkrarladı

Rafinya Çempionlar Liqasında Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın oyunçusu bunu turnirin yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “İnter”lə oyunda (3:4) qol vurmaqla bacarıb.

Rafinya cari mövsümdəki məhsuldar hərəkətlərinin sayını 21-ə çatdırıb (13 qol, 8 məhsuldar ötürmə). Nəticədə o, “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un sabiq futbolçusu, hazırda “Əl-Nəssr”in formasını geyn Ronaldonun rekoduna (17 qol, 4 qol ötürməsi) şərik çıxıb.

Bunun üçün Rafinyaya 14, Ronaldoya isə 11 oyun lazım olub.

Seçilən
0
1
football-plus.az

2Mənbələr