Sikstin kapellasının bacasından ağ tüstü çıxır ki, bu da yeni Papanın seçildiyini bildirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Papanın seçilməsi üçün üçdə iki səs çoxluğu tələb olunurdu – 133 səsdən 89. Yeni Papanın adı o, müqəddəs Pyotr kilsəsinin eyvanında ağ paltarda görünəndən sonra açıqlanacaq. Ənənəvi xeyir-dua “Urbi et Orbi” mərasimi yekunlaşdıracaq.
Səsvermə ciddi məxfilik şəraitində keçirilib. Konklavda yaşı 80-dən aşağı olan kardinallar iştirak ediblər.
Mayın 7-də Vatikanda Konklav açılıb – 133 kardinal yeni papa seçmək üçün Sikstin kapellasına toplaşıb.