Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cabit Bağçıya yeni vəzifə verilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sabiq diplomat Türkiyə Prezidentinin Aparatında işləyəcək.
Türkiyə parlamentinin keçmiş deputatı olan Bağçı vitse-prezident Cevdet Yılmazın müşaviri olaraq işə başlayıb.
Qeyd edək ki, Bağçının Azərbaycandakı səlahiyyət müddəti ötən il başa çatıb. Onun əvəzinə Birol Akgün təyin edilib.
Elnur Əmirov