Türk Hava Yollarının Rusiyaya uçuşları bu tarixdə bərpa olunacaq
Rusiyanın Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi və Türk Hava Yolları Türkiyə ilə Rusiya Federasiyası arasında mayın 9-dan etibarən uçuş proqramını tam bərpa etmək barədə razılığa gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə Rosaviasiyanın nümayəndəsi Artem Korenyako məlumat verib.
O qeyd edib ki, ləğv edilən reyslər cümə axşamı, mayın 8-də “Azur Air” və “SouthWind” aviaşirkətləri tərəfindən yerinə yetiriləcək.
Həmçinin vurğulanır ki, türk hava daşıyıcısı mayın 9-da öz cədvəlinə əlavə uçuşların daxil edilməsi imkanları üzərində işləyir.
Əfsanə Kamal
Demokrat.az