Ankara, 08 may, AZƏRTAC
Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Evinin təşəbbüsü ilə növbəti futbol turniri keçirilib.
“Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov AZƏRTAC-a bildirib ki, turnirdə tələbələrdən ibarət səkkiz komanda iştirak edib, final mərhələsinə isə türkiyəli və qazaxıstanlı gənclər yüksəliblər.
Gərgin mübarizə şəraitində keçən matçda Qazaxıstan komandası 3:2 hesabı ilə qalib gələrək çempionluq kubokunu qazanıb.
Kayseri şəhərinin məsul şəxsləri hər iki komandanın üzvlərini təbrik ediblər.
Türk dünyasından gəncləri bir araya gətirən turnirin dostluq və həmrəylik ruhunu gücləndirdiyini qeyd edən E.Qənbərov deyib: “Qazanan təkcə Qazaxıstan komandası deyil, bütün Türk dünyası gəncləridir. Gələcəkdə bu turniri daha geniş miqyasda təşkil etməyi planlaşdırırıq”.
Elşən Qənbarov turnirə dəstək verən bütün qurumlara və komandalara təşəkkür edib, gəncləri Türk dünyasının gələcəyi naminə birliyə səsləyib: “Türk dünyası gəncliyi birlikdə daha güclüdür!”.
Ankara