İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rəhbəri Nigar Alimova ilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Kadastr Agentliyinin nümayəndəsi Atamuradov Nemətjon arasında görüş keçirilib.
Dövlət Xidmətinin məlumatına görə, görüşdə daşınmaz əmlakın reyestri və kadastrı, geodeziya sahəsində təcrübə və məlumat mübadiləsi aparılıb, bu sahələrdə görülmüş işlər, göstərilən elektron xidmətlər və tətbiq olunan innovasiyalar diqqətə çatdırılıb.
Tərəflər daşınmaz əmlakın reyestri, kadastrı və geodeziya sahəsində birgə təşəbbüslər və layihələr üzrə fikir mübadiləsi aparıb, bu sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.