
Pakistan Hindistanın İsrail istehsalı olan 25 ədəd “Harop” pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib və yeni hücumu “ciddi təxribat” kimi qiymətləndirib.
Reyting.az Pakistan KİV-lərinə istinadla bildirir ki, hərbi istehsal olan “Harop” PUA-larının dağıntıları Pakistanın müxtəlif yerlərindən yığılır.
Pakistan Ordusunun sözçüsü general-mayor Əhməd Şərif Çaudri əvvəlki açıqlamasında çərşənbə gecəsi ilə cümə axşamı səhəri arasında Pakistan ərazisində 12 Harop pilotsuz təyyarəsinin vurulduğunu bildirib.
“Bu, ciddi bir təxribatdır. Bölgənin və onun hüdudlarından kənarın təhlükəsizliyi təhlükə altındadır. Pilotsuz təyyarələr Pakistanın şimalında, hərbi qərargahın yerləşdiyi Ravalpindidən cənubda yerləşən Karaçi limanına yaxın ərazilərdə vurulub”, - deyə sözçü əlavə edib.
PUA Lahor yaxınlığında hədəfini qismən vura bilib, nəticədə 4 əsgər yaralanıb. Sind əyalətinin cənub-şərqində PUA-nın fəaliyyəti nəticəsində bir mülki şəxs həlak olub, digəri isə yaralanıb.
Çaudri deyib ki, Pakistan hava qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Çin Pakistanın əsas silah tədarükçüsüdür və Çin istehsalı olan silahlar son beş ildə Pakistanın silah idxalının 81 faizini təşkil edib.
ELÇİN