AZ

Zaxarova: ABŞ-Rusiya danışıqları nəticə verir

"Moskva və Vaşinqton arasında bir neçə mövzu üzrə danışıqlar davam edir".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, artıq bəzi sahələrdə nəticələr əldə olunub, digərləri üzərində isə iş gedir.
“ABŞ ilə təmaslarımız bir neçə istiqamətdə aparılır. Bəzi real nəticələr var, digərlərinə isə hələ nail olunmalıdır”, – diplomat vurğulayıb.

Zaxarova qeyd edib ki, danışıqlar əsasən diplomatik əlaqələrin bərpası, səfirliklərin fəaliyyəti və Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı aparılır.
Seçilən
0
1
sherg.az

2Mənbələr