AZ

Mehriban Xanlarova Prezidentə təşəkkür etdi

Bu gün prezident İlham Əliyev İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Onlar arasında Əməkdar artist Mehriban Xanlarova da yer alıb. 

BAKU.WS xəbər verir ki, aktrisa sosial  şəbəkə hesabında bu mükafata layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkür edib:

"Növbəti dəfə Prezident mükafatına layiq görülməyimin sevincini və qürurunu yaşayıram. Bu yüksək dəyərə görə cənab Prezidentə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu mükafat təkcə bir sənətkarın əməyinə verilmiş qiymət deyil, həm də milli-mənəvi dəyərlərə, mədəniyyətimizə olan ehtiramın parlaq təzahürüdür. Bu diqqət biz sənət adamlarını daha böyük hədəflərə ruhlandırır, sənətə olan sevgimizi və məsuliyyətimizi daha da artırır. Var olun, cənab Prezident! Sizin imzanızın altında adımızın çəkilməsi bizim üçün böyük şərəfdir".

Seçilən
0
3
far.az

4Mənbələr