Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddi təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağll qərar imzalayıb.
Qərara əsasən, dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği 30 milyon manat təsdiq edilib.