Rusiyanın Ukraynadakı münaqişənin həlli istiqamətində atacağı sonrakı addımlar üç günlük atəşkəsin nəticəsindən asılı olacaq.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala şərhində deyib.
"Gəlin gözləyək və görək atəşkəs necə gedəcək; bundan çox şey asılı olacaq, o cümlədən gələcək addımlarımız kontekstində", - TASS onun sözlərindən sitat gətirib.
Aprelin 28-də Rusiya lideri Vladimir Putin Qələbənin 80-ci ildönümündə mayın 7-dən 8-dək Moskva vaxtı ilə saat 00:00-dan mayın 10-dan 11-dək gecə saat 00:00-dək Ukrayna münaqişəsi zonasında atəşkəs elan edib.