"Tottenhem" UEFA Avropa Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Budo-Qlimt" oyuna ciddi itki ilə çıxacaq.
QOL.az xəbər verir ki, kapitan Son Hın Min komandasına kömək edə bilməyəcək. Cənubi Koreyalı yarımmüdafiəçi zədə səbəbindən Norveçə aparılmayıb.
Qeyd edək ki, "Budo-Qlimt" - "Tottenhem" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Londonda keçirilən ilk oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.