Xarici KİV: Pakistan və Hindistan müasir aviasiya tarixində ən böyük hava döyüşünü aparıblar.
Pakistan və Hindistan müasir aviasiya tarixində ən böyük və ən uzun hava döyüşünü aparıblar.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 125 döyüş təyyarəsi bir saata yaxın bir-biri ilə vuruşub. Buna baxmayaraq, tərəflərdən heç biri öz hava məkanını tərk etməyib və bəzi raket zərbələri 160 kilometrdən çox məsafədən həyata keçirilib.