Almaniyanın Viesbaden şəhərində yerləşən Alman Dili Dərnəyi (GfdS) bildirib ki, son 6 ildir Berlində körpələrə ən çox verilən adlar arasında Məhəmməd də yer alır və ötən il də Sophia və Məhəmməd adları ən çox seçilən adlar olub.
Sherg.az xəbər verir ki, ölkə miqyasında isə 2024-cü ildə Sophia və Noah adlarının siyahının başında yer aldığı qeyd edilib.
1977-ci ildən bəri bu sahədə araşdırmalar aparan dərnəyin 750 qeydiyyat ofisindən əldə etdiyi 900 min məlumatı analiz edərək bu nəticələrə gəldiyi bildirilib.
Almaniyada verilən bütün adların təxminən 92 faizini qeydə alan dərnək, sıralama apararkən adların alternativ yazılışlarını da nəzərə aldıqlarını açıqlayıb.
Turan