Azərbaycanın azad olunmuş digər əraziləri ilə yanaşı, Şuşa şəhərində də hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılmaqdadır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Türk dünyasının mədniyyət paytaxtı olan Şuşa şəhərinin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işləri həyata keçiriləcək.
Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.
Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.
Eyni zamanda, qurum görüləcək işlərin 17,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.