Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın (Kürdüstan Fəhlə Partiyası) tamamilə silah qoyacağı və təşkilatın özünü buraxacağı ilə bağlı mühüm açıqlama verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ankara bütün maneələri aradan qaldırıb və artıq bu prosesin son mərhələsinə çatılıb.
“Bu gün-sabah PKK silahları yerə qoyacaq və təşkilat olaraq fəaliyyətinə son verəcək,” – deyə Prezident Ərdoğan bildirib.
Xatırladaq ki, PKK Türkiyə də daxil olmaqla təxminən 40 ölkə tərəfindən terror təşkilatı kimi tanınıb. Təşkilat uzun illərdir Türkiyənin cənub-şərqində və sərhədyanı bölgələrdə silahlı fəaliyyət göstərir.
Ərdoğanın bu bəyanatı bölgədə təhlükəsizlik və sabitlik baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az