Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” layihəsi həyata keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə 100-dək iştirakçı səyyar avtomobildə quraşdırılmış avadanlıqlardan istifadə edərək fiziki hərəkətlər yerinə yetirib, müxtəlif idman fəaliyyətlərində qüvvələrini sınayıblar.
Sonda fəallığı ilə seçilən iştirakçılara sertifikatlar təqdim olunub.
İdman.biz