AZ

Papa bu gün də seçilə bilmədi: Katolik kilsəsi vahid qərara gələ bilmir...

Katolik kilsəsinin yeni papasının seçilməsi üçün dünən axşam saatlarında başlayan və bu gün səhər saatlarında davam edən Konklavda səsvermənin ikinci və üçüncü turunda papa seçilməyib və Sistina kapellasının bacasından yenidən qara tüstü qalxıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, katoliklərin sonuncu ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra bu gün səhər saatlarında dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsinin 267-ci Papasının müəyyən edilməsi üçün səsvermənin ikinci və üçüncü turu keçirilib.

Papadan sonra xristian ruhanilərinin ən yüksək rütbəli ruhaniləri olan kardinallar səhər saatlarında yenidən Sistina kapellasına daxil olaraq səs verdilər.

Hər iki səsvermədə heç bir kardinal üçdə iki səs çoxluğu və ya ən azı 89 səs toplaya bilmədiyi üçün papa seçilmədi və dünən olduğu kimi Sistina kapellasının bacasından qara tüstü qalxdı.

Katolik Kilsəsinin yaşı 80-dən aşağı olan 133 kardinalı bu gün günortadan sonra daha iki iclas keçirəcək. Bu səsvermənin nəticələri bu axşam yenidən tüstü ilə elan olunacaq.

Əgər qara tüstü görünsə, bu, səsvermədə papanın seçilmədiyi, ağ tüstü görünsə, papanın seçildiyi anlamına gələcək.

Bu arada, yaşı 80-dən yuxarı olduğu üçün Sistina Kapellasındakı Konklavda iştirak edə bilməyən Kardinallar Şurasının dekanı Kardinal Giovanni Battista Re, Pompey şəhərində bir açıqlama verərək, davam edən Konklavda qısa müddət ərzində Papa seçilə biləcəyini ifadə edib.

Nigar,

Sitat.info

 

Seçilən
0
1
sitat.info

2Mənbələr