Azərbaycan Dünya Çempionatında 12 idmançı ilə təmsil olunacaq.
Azərbaycan taekvondoçuları yeniyetmələr (U-15) arasında dünya çempionatında mübarizə aparacaqlar.
Operativ Media xəbər verir ki, yarışda ölkəni 12 taekvondoçu (8 oğlan, 4 qız) təmsil edəcək.
Dünya Kuboku mayın 10-dan 14-dək Fuceyrədə (BƏƏ) keçiriləcək.