AZ

Ukrayna parlamenti Vaşinqtonla faydalı qazıntı müqaviləsini ratifikasiya edib

Ukrayna Ali Radası ABŞ ilə imzalanmış ölkənin təbii ehtiyatlarının istismarına dair sazişi ratifikasiya edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, 338 deputat sənədin lehinə səs verməklə qəbul olunub.

Bununla da parlament İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib.

Xatırladaq ki, aprelin 30-da Kiyev və Vaşinqton tərəflərin bərabər iştirakı ilə ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr