AZ

ABB süni intellekt əsasında müştəri xidmətlərini avtomatlaşdırır – 55% sorğu AI ilə cavablandırılır

Azərbaycan Beynəlxalq Bankı (ABB) rəqəmsallaşma sahəsində növbəti mərhələyə keçərək süni intellekt (AI) əsaslı müştəri dəstəyi sistemini genişləndirməyə fokuslanıb.

Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ABB-nin əsas məqsədi müştərilərin məlumatlara daha sürətli və əlçatan şəkildə çıxışını təmin etməkdir. Hazırda bankın “Call Center”inə daxil olan sorğuların 55%-nə süni intellekt əsaslı platforma cavab verir.

“Bu sistemin növbəti mərhələyə daşınması üçün artıq işlərə başlamışıq. Düşünürəm ki, bu, rəqəmsal dünyada mühüm yenilik olacaq”, – deyə A.İbrahimov bildirib.

ABB rəhbəri qeyd edib ki, AI texnologiyaları təkcə sorğuların cavablandırılması ilə məhdudlaşmır. Bank bu texnologiyadan tranzaksiya proseslərində, əməliyyatların avtomatlaşdırılmasında və müştəri davranışlarının analizində də istifadəni genişləndirir.

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr