AZ

Yeni Papa hələ də seçilməyib

BAKI, TurkicWorld

Vatikanda keçirilən ikinci və üçüncü tur səsvermələrdə Papa seçilməyib.

TurkicWorld xəbər verir ki, Katolik Kilsəsinin yeni liderinin seçilməsi məqsədilə keçirilən Konklavda bu gün keçirilən ikinci və üçüncü tur səsvermələrin heç birində yetərli səs toplanmayıb.

Sistina Kapellasının bacasından yenidən qara tüstü qalxıb.

Papa Fransiskin aprelin 21-də vəfatından sonra başlayan yeni papa seçimi prosesi çərçivəsində bu səhər dünya üzrə 1,4 milyard katolikin yeni ruhani liderinin seçilməsi üçün səsvermənin iki turu keçirilib. Lakin hər iki turda da namizədlərdən heç biri üçdə iki səs çoxluğu – yəni ən azı 89 səs – əldə edə bilməyib.

Səsvermələrin nəticələri ənənəyə uyğun olaraq Sistina Kapellasının bacasından çıxan tüstü ilə elan olunub. Qara tüstü papanın hələ seçilmədiyini göstərir.

Qeyd edək ki, yaşı 80-dən aşağı olan 133 kardinal günün ikinci yarısında daha iki səsvermə turunda iştirak edəcək. Bu axşam bacadan qalxacaq tüstünün rəngi – ağ və ya qara – günün yekun nəticəsini göstərəcək.

Bu arada, Konklavda yaş həddi səbəbilə iştirak etməyən Kardinallar Şurasının dekanı Kardinal Giovanni Battista Re jurnalistlərə açıqlamasında Konklavın qısa müddətdə nəticələnəcəyini bildirib. “Bu axşam Romaya qayıdanda ağ dumanı görəcəyimə ümid edirəm,” - deyə o əlavə edib.

Seçilən
0
turkic.world

1Mənbələr